SON DƏQİQƏ
» » Türkiyəyə şəxsiyyət vəsiqəsilə səfər... - Ərdoğan təsdiqlədi

Türkiyəyə şəxsiyyət vəsiqəsilə səfər... - Ərdoğan təsdiqlədi

Tarix:

30-01-2021, 13:38

/ 6 993 dəfə oxundu.
Türkiyəyə şəxsiyyət vəsiqəsilə səfər... - Ərdoğan təsdiqlədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”u təsdiq edib.

Sənəddə Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

Həmin sənədlər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının diplomatik pasportu;

2. Azərbaycan Respublikasının xidməti pasportu;

3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.

4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

5. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda);

6. Dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə);

7. Uçuş heyətinin şəxsiyyət vəsiqəsi;

8. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi ( Azərbaycan Respublikasına qayıtmaq üçün Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ