SON DƏQİQƏ
» » Türkiyəyə getmək istəyən azərbaycanlıların - Diqqətinə!

Türkiyəyə getmək istəyən azərbaycanlıların - Diqqətinə!

Tarix:

10-11-2020, 22:07

/ 1 347 dəfə oxundu.
Türkiyəyə getmək istəyən azərbaycanlıların - Diqqətinə!

Məlum olduğu kimi, cari ilin 13 avqust tarixində "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minib.

Bu barədə GunAz.az-a Azərbaycan Respublikasının Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır.

"Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən, ya da Azərbaycana Türkiyə üzərindən getməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməli və onun bitməsinə 6 aydan az vaxt qalıbsa, mütləq yenisi ilə əvəzləməlidirlər”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ