SON DƏQİQƏ

İran yeni raket bazasını YARATDI -VİDEO

Tarix:

16-03-2021, 08:28

/ 5 425 dəfə oxundu.
İran yeni raket bazasını YARATDI -VİDEO

İranda yeni raket bazasının rəsmi açılış mərasimi keçirilib.

GunAz.az xəbər verir ki, ölkənin dövlət televiziyasında İslam İnqilabı Keşikçiləri Korpusunun təşəbbüsü ilə inşa edilən hərbi obyektin görüntüləri yayımlanıb.

Açılış mərasiminə Korpusun komandanı Hüseyn Səlami, Korpusun dəniz qüvvələri komandanı Əlirza Təngsiri və digər yüksək rütbəli hərbçilər qatılıb.

Yeri açıqlanmayan yeni bazanın ən son raket sistemlərilə təchiz olunduğu bildirilib. Bu sistemlərdə raketin buraxılışından sonra hədəfin dəyişdirilməsinin mümkün olduğu vurğulanıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ