SON DƏQİQƏ

Rusiyada rekord geriləmə: 12 ildə ilk dəfə

Tarix:

15-03-2021, 13:07

/ 3 065 dəfə oxundu.
Rusiyada rekord geriləmə: 12 ildə ilk dəfə

Rusiyanın orta və böyük müəssisələrinin gəliri 2020-ci ildə 23,5% azalıb.

GünAz.az xəbər verir ki, bu iddia ilə "FinEkspertiza” konsaltinq şirkəti çıxış edib.

Şirkət bu azalmanın son 12 ilin rekordu olduğunu bildirib.

Ölkənin 85 regionundan 48-də müəssisələrin maliyyə göstəricilərinin pisləşdiyi qeyd edilib. Ən böyük geriləmə isə Şimali Osetiya, Nenetsk Muxtar Dairəsi, İnquşetiya, Amur vilayəti, Sevastopol, Çuvaşiya, Kemerovsk vilayəti, Tatarıstan və Komi Respublikasında müşahidə olunub.

Şirkət geriləməyə səbəbin koronavirus pandemiyası olduğunu açıqlayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ