SON DƏQİQƏ
» » Rusiyanın neft və qaz hasilatı kəskin azaldı – Səbəb kimi pandemiya göstərilir...

Rusiyanın neft və qaz hasilatı kəskin azaldı – Səbəb kimi pandemiya göstərilir...

Tarix:

2-01-2021, 22:16

/ 1 484 dəfə oxundu.
Rusiyanın neft və qaz hasilatı kəskin azaldı – Səbəb kimi pandemiya göstərilir...

2020-ci ildə Rusiyada xam neft və kondensat istehsalının həcmi 2019-cu illə müqayisədə 8,6  faiz azalıb. (512,68 milyon ton ) Bu göstərici son 10 ilin ən aşağı həddi hesab olunur. Son bir ildə Rusiyada qaz hasilatının həcmi də 6,2 azalıb.

GunAz.az xəbər verir ki, "İnterfaks” agentliyi bu statistikanı Enerji Nazirliyinin strukturunun məlumatlarına istinad edərək yayıb.

"Bloomberg” xəbər verir ki, 2019-cu ildə Rusiya bütün postsovet dövrü üçün 568 milyon ton neft və kondensat hasilatı ilə rekord vurub. Məlumata görə, bu bu rəqəm, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) ilə hasilatı azaltmaq barədə razılaşmalara baxmayaraq əldə edilib.

Ancaq 2020-ci ilin əvvəllərində koronavirus pandemiyası səbəbindən neftə təlabat azalmağa başlayıb. Mart ayında isə Rusiya neft hasilatının azaldılması ilə bağlı müqaviləni pozub, bu da qiymətlərin daha da aşağı düşməsinə səbəb olub.

Dekabrda Rusiya baş nazirinin müavini Aleksandır Novak hasilatı bərpa etmək şərtlərinə toxunaraq Rusiya üçün optimal neft qiymətinin 45-55 dollar olduğunu deyib. Lakin OPEC-in proqnozundan görünən odur ki, Rusiyada bu il də orta gündəlik neft istehsalı azalacaq.


скачать dle 12.1

Şərhlər