SON DƏQİQƏ
» » Bu qanun layihəsi Türkiyəyə haqsızlıqdır - Semyonov

Bu qanun layihəsi Türkiyəyə haqsızlıqdır - Semyonov

Tarix:

13-03-2021, 08:47

/ 4 466 dəfə oxundu.
Bu qanun layihəsi Türkiyəyə haqsızlıqdır - Semyonov

Türkiyənin Suriyadakı varlığı 2017-ci ilin sentyabr ayında Astana formatında təşkil edilən görüşdə təsdiqlənib, bu səbəbdən Avropa Parlamentinin qanun layihəsi əsassızdır.

Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Suriyada müharibənin başlanmasının 10-cu ili ilə bağlı qəbul etdiyi qanun layihəsinə münasibət bildirərkən rusiyalı siyasi ekspert Kirill Semyonov deyib.

"Fikrimcə, AB-nin layihəsi birtərəfli və əsassızdır. Bu qanun layihəsi Türkiyəyə qarşı haqsızlıqdır. Məsələn, Türkiyənin İdlibdəki varlığı qanunsuz deyil, 2017-ci ildə Astana zirvəsində təsdiqləndi. Digər bölgələr də suriyalı müxaliflərin nəzarəti altındadır. AB Dəməşq üçün lobbiçilik etsəydi, bunu başa düşmək olardı", - Semyonov vurğulayıb.

Qeyd edək ki, AP-nin qanun layihəsində əsassız olaraq Türkiyənin Suriyadakı əraziləri ələ keçirməklə sülhü təhlükəyə atdığı iddia edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ