SON DƏQİQƏ

Bu şəxslərə müvəqqəti pasportlar veriləcək

Tarix:

24-04-2020, 17:22

/ 2 102 dəfə oxundu.
Bu şəxslərə müvəqqəti pasportlar veriləcək

Bu gün Milli Məclisdə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri bildirib ki, qanun layihəsi dövlət rüsümlarının azaldılmasını ehtiva edir:
"Məsələn, nikaha daxil olmaq ölkə ərazisində 5 manat, xaricdə isə azərbaycanlılar üçün 40 dollar nəzərdə tutulurdu. Bu qanun layihəsi 40 dolların 10 dollara endirilməsini nəzərdə tutur. Bundan başqa, 4 əlavə maddə də qanun layihəsində yeni redaksiyada verilib. Məsələn, xaricdən deportasiya olunan sənədini itirmiş şəxslər, oğurlanmış vətəndaşlarımıza, insan alveri qurbanlarına müvvəqəti pasportlar da rüsumsuz veriləcək
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ