SON DƏQİQƏ
» » Çavuşoğludan S-400 açıqlaması: NATO sistemlərini geri çəkdi...

Çavuşoğludan S-400 açıqlaması: NATO sistemlərini geri çəkdi...

Tarix:

11-03-2021, 22:23

/ 1 351 dəfə oxundu.
Çavuşoğludan S-400 açıqlaması: NATO sistemlərini geri çəkdi...

Mütləq fərqli mənbələrdən müdafiə sistemləri alacağıq, almaq məcburiyyətindəyik.

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Türkiyə müdafiə sistemlərinə ehtiyac duyduğu zamanlarda NATO ölkələrindən bu sistemi almaq üçün səy göstərdi. Təəssüf ki, NATO ölkələri müxtəlif bəhanələrlə Türkiyəyə bir havadan müdafiə sistemi vermədi. Çox ehtiyac duyduğumuz zamanlarda NATO üzvləri Suriya sərhədində bir çox nöqtədən sistemləri geri çəkdi. Belə bir zamanda Rusiya ən yaxşı təklifi verdi və razılaşaraq S-400-ü aldıq”, - deyə XİN rəhbəri bildirib.


скачать dle 12.1

Şərhlər