SON DƏQİQƏ

Rusiya və NATO-dan gərginliyi azaltma addımı

Tarix:

3-03-2017, 15:50

/ 1 696 dəfə oxundu.
Rusiya və NATO-dan gərginliyi azaltma addımı

Aralarında yaşanan gərginlik Soyuq Savaş dövrünü yada salan Rusiya və NATO-dan yumşalma istiqamətli bir cəhd gəldi. Rusiya Baş qərargah Başçısı Valeri Gerasimov, NATO Hərbi Komitə sədri Petr Pavel ilə telefon ilə danışdı.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO-nun istəyi ilə reallaşdırılan görüşdə, Avropada gərginliyin azaldılması və vəziyyətin sabitliyə qovuşması üçün fikir mübadiləsi oldu.
Gerasimov görüşdə, NATO-nun Rus sərhədləri yaxınlığındakı fəaliyyətlərindən Moskvanın duyduğu narahatlığı dilə gətirdi.
Bu görüşmənin, NATO-nun Rusiya ilə əlaqələri dondurma qərarının ardından reallaşdırılan ilk yüksək səviyyəli hərbi görüş olduğu qeyd edildi.
скачать dle 12.1

Şərhlər