SON DƏQİQƏ
» » Ordumuzun yaraladığı generala İrəvanda vəzifə verildi

Ordumuzun yaraladığı generala İrəvanda vəzifə verildi

Tarix:

4-02-2021, 13:03

/ 6 065 dəfə oxundu.
Ordumuzun yaraladığı generala İrəvanda vəzifə verildi

Qarabağdakı separatçı-terrorçuların komandanı olan Cəlal Arutyunyan Ermənistan Müdafiə Nazirliyində Hərbi Nəzarət Xidmətinə rəis gətirilib.

Bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Arutyunyan II Qarabağ savaşı zamanı Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində ağır yaralanmışdı, uzun müddət komada qalmışdı.

Bir neçə gün öncə isə Arutyunyanın Ordumuz tərəfindən vurulması ilə bağlı Ermənistan Hərbi Prokurorluğu cinayət işi açıb. Sosial şəbəkələrdə onun "xəyanət nəticəsində” vurula bildiyi iddiası yayılıb. Guya onun yerini Azərbaycan Ordusuna erməni tərəfi satıb.

Şayiələrin səbəbi isə onun guya hərbi-siyasi rəhbərliyin qərarları ilə razılaşmaması, İordaniyadan Paşinyan hökumətinin və David Qalstyanın tədarük etdiyi xarab silahlardan qəzəblənməsi, eləcə də erməni ordusunun ağır itkilər verməsinə səbəb olan Lələtəpə və Cəbrayıl əks-hücumlarına qarşı olması göstərilir.

Xatırladaq ki, İkinci Qarabağ savaşının ilk günlərində Paşinyan 2016-cı ildə azad edilən Lələtəpə yüksəkliyinin işğal edilməsini istəyib və buna görə mükafat da təyin edib. İrimiqyaslı əməliyyat da hazırlanıb. Azərbaycan Ordusu isə düşməni tələyə salıb. Belə ki, Ordumuz hücumu "gözləmədiyi” görüntüsünü yaradıb və ermənilərin tam yaxınlaşmasına imkan verib. Daha sonra isə ən qısa müddətdə dəhşətli zərbələrlə erməni ordusunu darmadağın edib.

Ermənistan həmin döyüşdə erməni ordusunun 830 əsgər itirdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ