SON DƏQİQƏ
» » Ermənilərlə növbəti görüş bu ay baş tutacaq

Ermənilərlə növbəti görüş bu ay baş tutacaq

Tarix:

3-02-2021, 17:05

/ 6 022 dəfə oxundu.
Ermənilərlə növbəti görüş bu ay baş tutacaq

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin ikinci görüşü fevral ərzində baş tutacaq.

Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.

Ofis nazir müavinlərinin Moskvadakı görüşdən sonra əldə olunan razılaşmaya əsasən, Ermənistanın yaradacağı birinci altqrupa Ərazi İdarəetməsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, ikinci altqrupa isə Dövlət Gəlirləri Komitəsi, İqtisadiyyat Nazirliyi, Qida Məhsullarının Təhlükəsizliyi üzrə İnspeksiya Orqanı, MTX və XİN nümayəndələrinin daxil ediləcəyini bildirib.

Qeyd edək ki, nazir müavinlərinin ilk görüşü 30 yanvarda baş tutmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ