SON DƏQİQƏ

İqtisadiyyat Nazirliyi ilə bağlı xəbər var

Tarix:

20-04-2020, 20:23

/ 2 517 dəfə oxundu.
İqtisadiyyat Nazirliyi ilə bağlı xəbər var

Nazirlər Kabineti "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişiklik edib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.
Qeyd edək ki, bundan əvvəl İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət idi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ