SON DƏQİQƏ
» » Türkiyə ordusu hərəkətə keçdi: Bölgəyə qoşunlarını yığır

Türkiyə ordusu hərəkətə keçdi: Bölgəyə qoşunlarını yığır

Tarix:

5-01-2021, 11:39

/ 5 776 dəfə oxundu.
Türkiyə ordusu hərəkətə keçdi: Bölgəyə qoşunlarını yığır

Suriyada Əsəd rejimi qüvvələri İdlib və ətrafına hərbi texnikalar yığmağa başlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Buna qarşılıq olaraq Türkiyə Silahlı Qüvvələri də hərəkətə keçib. Bölgəyə çoxlu sayda zirehli texnika, tank, güllə keçirməyən təhlükəsizlik kabinələri və hərbi radarlar göndərilib.

Bundan başqa, rejimin hücum ehtimallarına qarşı ərazidə yeni postlar yaradılıb və səngərlər qazılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədən İdlib istiqamətində hərəkət edən hərbi konvoya hücum edilib. Hücum zamanı can itkisi qeydə alınmayıb. Bundan sonra Türkiyə ordusunun bölgədə genişmiqyaslı əməliyyatlara başladığı bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ