SON DƏQİQƏ
» » Britaniyadan Fransaya gedən yolda 8 km-lik tıxac yarandı

Britaniyadan Fransaya gedən yolda 8 km-lik tıxac yarandı

Tarix:

19-12-2020, 22:11

/ 1 297 dəfə oxundu.
Britaniyadan Fransaya gedən yolda 8 km-lik tıxac yarandı

Breksiti gözləyən Britaniya kompaniyalarının Avropa İttifaqı (Aİ) malları almaqda göstərdiyi aktivlik Fransaya gedən yollarda uzun tıxaclara səbəb olub.

GunAz.az "Qardian" qəzetinə istinadən xəbər verir ki, bu gün M20 magistralında yük avtomobillərinin təxminən səkkiz kilometr uzunluğunda növbəsi yaranıb. Bütün nəqliyyat vasitələri Fransaya Avropa tunelindən keçməklə yollanır.

Qəzet yazır ki, Milad bayramı ərəfəsində Britaniya şirkətləri həmişə daha çox mal daşıyıb gətirirlər. Bu il isə Breksit səbəbindən vəziyyət xüsusilə gərginləşib.

2021-ci il yanvarın 1-nə keçən gecə keçid dövrü adlanan müddət sona çatır: Böyük Britaniya Aİ-ni tərk edir və onun üçün Avropa İttifaqı ölkələrinin istifadə etdiyi bütün güzəştlər qüvvədən düşür. Bu, sərhəd üzərindən malların daşınmasına da aiddir.

Hazırda London və Brüssel Breksitdən sonra qarşılıqlı əlaqələrin qaydaları üzərində işləyirlər. Amma hələlik tərəflərin bu məsələdə razılaşma əldə edib-etməyəcəyi bəlli deyil. Buna görə də Britaniya firmaları, nə qədər imkan var, özlərinə lazım olan məhsulların ehtiyatını yaratmağa çalışırlar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ