SON DƏQİQƏ
» » İran nüvə stansiyası ərazində yeraltı obyekt tikir

İran nüvə stansiyası ərazində yeraltı obyekt tikir

Tarix:

18-12-2020, 21:09

/ 1 374 dəfə oxundu.
İran nüvə stansiyası ərazində yeraltı obyekt tikir

İran "Fordo” uran zənginləşdirmə zavodunun yaxınlığında yeraltı obyektin tikintisinə başlayıb.

GunAz.az xəbər verir ki, bu barədə "Maxar Texnologies”ə istinadla xəbər verir ki, tikinti işləri sentyabr ayının sonunda başlayıb.

İnşaat işləri "Fordo” zavodunun şimal-qərbində aparılır ki, ora da öz növbəsində mümkün hava hücumlarından qorumaq üçün qayaların altındadır. Müəssisə zenit silahları ilə də qorunur. Kompleks Qum şəhəri yaxınlığında, Tehranın 90 km cənub-qərbində yerləşir.

Tikilməkdə olan obyektin yanında vakum texnologiyası mərkəzi də daxil olmaqla, bir sıra tədqiqat və inkişaf mərkəzlərinin olduğu qeyd olunur.

Fotoşəkillərdə obyekt üçün qazılmış bünövrənin və seysmik zonalarda tikintidə istifadə edilən onlarla dayağın olduğu görünür.

İran Fordo rayonu ərazisində yeni inşaat aparıldığını açıqlamayıb. İranın BMT-dəki daimi nümayəndəliyi və MAQATE yeni obyektin inşası ilə bağlı heç bir açıqlama verməyib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ