
Amad Nyus” xəbər portalının rəhbəri Ruhulla Zam şənbə günü İranda edam edilib. Bu məlumatı "Mehr Nyus” yayıb. Məlumata görə, Zam asılmaqla edam edilib. Qeyd edək ki, Zam 2019-cu ildə SEPAH tərəfindən tutulmuşdu. O, xəyanatdə, xarici ölkələrin kəşfiyyatına çalışmaqda ittiham edilirdi. Zam Parisdə mühacir həyatı yaşayırdı. SEPAH-ın onun necə və harada həbs edərək, ölkəyə gətirdiyi hələ də açıqlanmayıb.