İranda sayt rəhbəri niyə edam edildi?

İranda sayt rəhbəri niyə edam edildi?

Amad Nyus” xəbər portalının rəhbəri Ruhulla Zam şənbə günü İranda edam edilib.

Bu məlumatı "Mehr Nyus” yayıb. Məlumata görə, Zam asılmaqla edam edilib.

Qeyd edək ki, Zam 2019-cu ildə SEPAH tərəfindən tutulmuşdu. O, xəyanatdə, xarici ölkələrin kəşfiyyatına çalışmaqda ittiham edilirdi.

Zam Parisdə mühacir həyatı yaşayırdı. SEPAH-ın onun necə və harada həbs edərək, ölkəyə gətirdiyi hələ də açıqlanmayıb.


скачать dle 12.1
Geri qayıt