SON DƏQİQƏ
» » Erməni nazir PUA-nı havaya buraxdı və biabır oldu

Erməni nazir PUA-nı havaya buraxdı və biabır oldu

Tarix:

20-11-2020, 13:31

/ 6 136 dəfə oxundu.
Erməni nazir PUA-nı havaya buraxdı və biabır oldu

Yaxın zamanlarda Ermənistanın yüksək texnologiyalar naziri Akop Arşakyanın istefası gözlənilir.

Bu məlumatı "Qraparak” qəzeti yayıb. Məlumata görə, nazir Ermənistan PUA-sının uğursuz uçuşu ucbatından istefaya göndəriləcək.

Belə ki, nazir bir müddət əvvəl erməni PUA-larının sınağında iştirak üçün Gorus şəhərinə gəlib. Burada telekameralar və çoxsaylı qonaqların qarşısında nazir PUA-nı havaya buraxıb, lakin PUA bir neçə metr uçduqdan sonra yerə düşüb. Məhz bu biabırçılığa görə nazirin qovulmasının nəzərdə tutulduğu bildirilib.

скачать dle 12.1

Şərhlər