SON DƏQİQƏ
» » Türkiyə ordusu yeni hərbi əməliyyatlara başladı

Türkiyə ordusu yeni hərbi əməliyyatlara başladı

Tarix:

14-11-2020, 11:32

/ 3 791 dəfə oxundu.
Türkiyə ordusu yeni hərbi əməliyyatlara başladı

Türkiyə Silahlı Qüvvələri yeni hərbi əməliyyatlara başlayıb.

Bitlis bölgəsində "İldırım-15 Mutki-Sarpkaya” anti-terror əməliyyatları icra ediləcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hərəkata 816 hərbçi qatılacaq.

Əməliyyatlar separatçı terror təşkilatlarının qışdan əvvəl hərəkat qabiliyyəti və sığınacaq axtarışlarının qarşısını almaq, ölkə daxilindəki əlaqələrini aradan qaldırmaq və bu qabiliyyətini bir daha əldə edə bilməməsini təmin etmək, ölkə daxilindəki terror ünsürlərini bitirmək məqsədilə həyata keçirilir.

Hərəkata Jandarm Komando, Jandarm Xüsusi Hərəkat, Xüsusi Polis Qüvvələri və Təhlükəsizlik Mühafizəsindən hərbçilər qatılır.

Qeyd edək ki, 13 iyul 2020-ci ildən bəri aparılan "İldırım” silsilə əməliyyatları çərçivəsində 143 terrorçu zərərsizləşdirilib, 74 partnyorları saxlanılıb, 251 mağara, sığınacaq və anbar məhv edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ