SON DƏQİQƏ
» » Bir ayda 3 “humanitar atəşkəs”: nəticəsi nə oldu?

Bir ayda 3 “humanitar atəşkəs”: nəticəsi nə oldu?

Tarix:

28-10-2020, 13:35

/ 3 911 dəfə oxundu.
Bir ayda 3 “humanitar atəşkəs”: nəticəsi nə oldu?

Sentyabrın 27-dən Ordumuzun Qarabağda apardığı haqq savaşından qorxuya düşən Ermənistan dəfələrlə atəşkəs üçün yalvarsa da, yalnız üç dəfə humanitar atəşkəsə nail olub. Bəs bu humanitar atəşkəslər nə ilə nəticələnib?

Döyüşlər başlayandan sonra ilk dəfə Rusiyanın vasitəçiliyi ilə 10 oktyabr saat 12.00-dan qüvvəyə minən atəşkəs oktyabrın 11-nə keçən gecə ermənilərin Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması ilə pozuldu. Sözügedən humanitar atəşkəsdən cəmi 14 saat sonra Azərbaycanın ikinci böyük şəhərinə edilmiş hücum nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak oldu, aralarında uşaqlar olan 35 nəfər yaralandı.

Oktyabrın 18-i əldə edilən ikinci humanitar atəşkəs də bənzər taleyi yaşadı. Belə ki, saat 00:00-dan etibarən humanitar atəşkəs qüvvəyə mindi, oktyabrın 18-dən 19-a keçən gecə Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarını minaatanlar və toplardan atəşə tutdu.

Üçüncü atəşkəs isə ABŞ-ın vasitəçiliyi əldə olundu. 26 oktyabr saat 8:00-dən qüvvəyə minən humanitar atəşkəsə yenə Ermənistanın cəbhədən uzaqda yaşayan dinc sakinlərimizi raket atəşinə tutması ilə son qoyuldu. Bu dəfə hədəf Bərdə şəhəri idi. Oktyabrın 27-si saat 16:40 radələrində Bərdəyə raket atılması nəticəsində ikisi azyaşlı olmaqla 4 mülki şəxs həlak oldu, 14 nəfər yaralandı.

Bütün dünyanın gözü önündə yaşanan bu erməni təcavüzü bir daha göstərdi ki, BMT, ATƏT-in Minsk Qrupu rəsmi İrəvana təsir etmək və münaqişəni həll etmək gücündə deyil.

Onların bu vəzifəsini Şanlı Azərbaycan Ordusu yerinə yetirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ