Avropa İttifaqı 2015-ci ildə Bundestaqa kiberhücumda şübhəli bilinən iki Rusiya vətəndaşına və bir təşkilata sanksiya tətbiq edib.
GunAz.az xəbər verir ki, bu barədə Aİ-nin məlumatında deyilir.
Söhbət Rusiya Baş Kəşfiyyat İdarəsinin 85-ci xüsusi əməliyyat mərkəzi və bu idarənin əməkdaşları sayılan Dmitri Badin və İqor Kostyukovdan gedir.
Qeyd edilir ki, sözügedən şəxslər kiberhücum zamanı Almaniya kansleri Angela Merkelin 2012-2015-ci ildəki poçt yazışmalarını ələ keçirmişdilər.