SON DƏQİQƏ

Erməni terror təşkilatları haqqında FAKTLAR

Tarix:

16-10-2020, 09:37

/ 6 558 dəfə oxundu.
Erməni terror təşkilatları haqqında FAKTLAR

 Elvin Talışinskinin Erməni terror təşkilatları haqda topladığı faktları Günaz.az saytı olaraq oxuculara təqdim edirik 
Erməni terror təşkilatlarının təlim meydanına çevrilən Livan, Suriya, Fələstin. İllərdir ki, məhz bu ölkələrdə yetişdirildilər, cinayət törətmək üçün Avropa və dünyaya göndərildilər, 90-cı illərdə azərbaycanlıları, türkləri soyqırım etmək üçün hissə ilə Qarabağa yerləşdirildilər. Dünyanın gözü kor olub haqqı görməyən dövlətlərin maliyyə dəstəyi ilə daha da həvəslənən erməni tayfasının terror əməlləri bu gün də davam edir.
«Erməni gizli azadlıq ordusu» (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib.
«Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində «Böyük Ermənistan» qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilat «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan («Mücahid») 01.08.1980-ci ildə «Nyu-York Tayms» qəzetinə verdiyi müsahibədə bildirmişdir: «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir». 28.04.1988-ci ildə A.Akopyan Afina şəhərində öldürülmüşdür. Livanda 1980-ci ilin aprelində ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər.
«Orli qrupu»: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ