
Ermənistandan Ukraynaya gedən sərnişinlərdə COVID-19-un aşkarlanması halları kəskin şəkildə artıb.
İki ölkə arasında bir sıra problemlərə səbəb olub. Belə ki, Ukrayna Ermənistandan səfər edənlərə qarşı karantin tələblərini sərtləşdirib.
Qeyd edilir ki, Ermənistanda COVID-19-a yoluxanların sayının kəskin artması səbəbindən bu ölkənin adı yenidən Ukrayna Səhiyyə Nazirliyinin "qırmızı zona" siyahısına salınıb.
Ermənistandan Ukraynaya gedən bütün sərnişinlər COVID-19 sığortasına malik olmalıdır. Eyni zamanda onlar Ukraynada 14 günlük məcburi təcridetmə və ya koronavirus testindən keçməli olacaqlar. Əgər koronavirus testindən keçənlərdə virus aşkarlanmasa, onda onlar avtomatik olaraq təcridetmə rejimindən çıxarılacaq.