SON DƏQİQƏ
» » İstilik qazları fəlakətə səbəb ola bilər - Alimlərdən xəbərdarlıq

İstilik qazları fəlakətə səbəb ola bilər - Alimlərdən xəbərdarlıq

Tarix:

21-09-2020, 08:56

/ 4 239 dəfə oxundu.
İstilik qazları fəlakətə səbəb ola bilər - Alimlərdən xəbərdarlıq

İstilik qazlarının mövcud həcmdə bundan sonra da atmosferə buraxılacağı təqdirdə Antarktida və Qrenlandiya buzlarının əriməsi nəticəsində dəniz suyunun səviyyəsinin 40 sm-dək artmasına gətirib çıxaracaq.

GunAz.az xəbər verir ki, bu fikir beynəlxalq tədqiqatçılar qrupunun "The Cryosphere"də dərc olunan məqaləsində yer alıb.

Tədqiqatçılar dünya okeanında suyun hərarəti və duz miqdarı barədə məlumatları təhlil edərək buzların əriməsi baxımdan iqlim modeli tərtib ediblər. Belə ki, bəşəriyyətin mövcud səviyyədə ətraf mühiti çirkləndirməsi, 2100-cü ilədək karbon qazı buraxılmasının xeyli azalması kimi iki variant araşdırılıb.
Bədbin variantda dünya okeanının səviyyəsi Antarktida buzlarının əriməsi nəticəsində 30 sm, Qrenlandiya buzlarının əriməsi nəticəsində daha 9 sm artması ilə həm dünya boyu iqlimin mənfiyə doğru dəyişəcəyi, həm də yüz milyonlarla əhalisi olan ərazilərin su altında qalacağı, yaxud dəniz qabarmaları səbəbindən yaşamaq üçün yararsız hala gələcəyi bildirilir.

Nikbin variantda isə dəniz səviyyəsi müntəzəm artımla əlavə olaraq cəmi 3 sm artacaq. (ölkə.az)


скачать dle 12.1

Şərhlər