Ermənistan Baş nazirinin arvadı Anna Akopyan Müdafiə Nazirliyinin vasitəçiliyi ilə qadınlar üçün 45 günlük hərbi təlim keçirməyi planlaşdırır. Bu məlumat Akopyanın saytına yerləşdirilib. Hərbi təlimə 18 yaşdan 27 yaşa qədər olan qadınların cəlb ediləcəyi vurğulanıb. Təlimin tam hərbi şəraitə uyğun keçiriləcəyi bildirilib.