SON DƏQİQƏ
» » Jirinovski Leninin nəşini yandırmağı təklif edib

Jirinovski Leninin nəşini yandırmağı təklif edib

Tarix:

19-09-2020, 08:16

/ 2 687 dəfə oxundu.
Jirinovski Leninin nəşini yandırmağı təklif edib

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş SSRİ-nin lideri Vladimir Leninin nəşini yandırmağı təklif edib.

"Report” xəbər verir ki, siyasətçi bu təkliflə "Vesti FM”-in efirində çıxış edib.

Jirinovski hesab edir ki, Leninin külü atasının və ya anasının məzarının yanında basdırılmalıdır.

Deputatın sözlərinə görə, o amerikalı rəssam Devid Datunun Leninin nəşini almaq təklifinə müsbət yanaşıb.

"Məqbərəni ora hissə-hissə daşıyardım. Və bizə milyarda qədər ABŞ dolları ödəməyə hazırdır. Əgər Allah xatirinə belə böyük bir məbləğ əldə etsək... Xahiş edirəm, satmayaq, krematoriyə gedək, cəsədi yandırıb kolbanı basdıraq”, - Jirinovski deyib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ