SON DƏQİQƏ
» » Rusiya ordusunda səfərbərliyə hazırlıq artırılır

Rusiya ordusunda səfərbərliyə hazırlıq artırılır

Tarix:

17-09-2020, 15:09

/ 4 807 dəfə oxundu.
Rusiya ordusunda səfərbərliyə hazırlıq artırılır

Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələr və donanmanın səfərbərlik hazırlığını artırmaq niyyətindədir.

GunAz.az RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Sergey Şoyqu hərbi departament kollegiyasının iclasında danışıb.

"Ordu və donanmanın səfərbərlik hazırlığını daha da artırmaq üçün məqsədlər, vəzifələr və vaxt baxımından digər dövlət orqanlarının fəaliyyəti ilə əlaqələndirilmiş müvafiq bir plan həyata keçiririk",- nazir deyib.

Министр обороны РФ Сергей Шойгу - РИА Новости, 1920, 17.09.2020

Onun sözlərinə görə, hərbi dairələr və Şimal Donanması qoşunları komandirlərinin rəhbərliyi altında kompleks səfərbərlik təlimləri aparılır, qoşunların, dövlət orqanlarının və bölgə iqtisadiyyatının müharibə dövründəki vəziyyəti üçün tədbirlər hazırlanır.

Nazir qeyd edib ki, səfərbərlik üzrə komissiyalara və ərazi müdafiə qərargahlarına qubernatorlar rəhbərlik edir ki, bu da səfərbərlik tədbirlərinin həyata keçirilməsinin keyfiyyətini artırır: "Ali Baş Komandanın qərarı ilə illik strateji təlimlər zamanı dövlət orqanlarının və sənaye müəssisələrinin müharibə dövründə Silahlı Qüvvələrin səfərbər yerləşdirilməsini təmin etmək üçün tapşırıqları yerinə yetirməyə hazırlığı yoxlanılır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ