SON DƏQİQƏ

İndi bunlara dayan! deyən TÜRKİYƏ VAR

Tarix:

14-09-2020, 08:30

/ 4 210 dəfə oxundu.
İndi bunlara dayan! deyən TÜRKİYƏ VAR

Yunanıstan Türkiyənin çəkisində deyil.

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyənin Böyük Qurtuluş Partiyasının rəhbəri Mustafa Destici deyib.

"Yunanıstan 10, Türkiyə isə 100 kq-dır. Yunanıstan bu oyundakı hakimlərinə güvənir. Yunanıstan ABŞ, Fransa, Rusiya və Almaniyaya arxalanır. Bu ölkə Türkiyəyə nəinki müharibə etmək, heç qarşı çıxmaq gücündə də deyil. Tarixin heç bir dönəmində belə bir cəsarəti olmayıb. Yunanıstan, yaxud Avropa Birliyinin (AB) hədəfi eynidir. Onların zənnincə, guya modern dönəmdə də 800-900 il əvvəlki səlib yürüşləri davam edir. Lakin indi bunlara "Dayan!” deyən Türkiyə var”, - deyə partiya rəhbəri bildirib.

İlqar QURBAN

скачать dle 12.1

Şərhlər