SON DƏQİQƏ
» » Türkiyəyə GÖZLƏNİLMƏZ DƏSTƏK: Yunanıstanla müharibə olsa...

Türkiyəyə GÖZLƏNİLMƏZ DƏSTƏK: Yunanıstanla müharibə olsa...

Tarix:

8-09-2020, 10:42

/ 4 446 dəfə oxundu.
Türkiyəyə GÖZLƏNİLMƏZ DƏSTƏK: Yunanıstanla müharibə olsa...

Türkiyə Yunanıstan ilə döyüşsə, türk ordusunun yanında olacağıq.

Bu açıqlama Suriya Milli Ordusundan gəlib.

SMO-nun xüsusi təyinatlı qüvvələri bildirib ki, Türkiyə ilə Yunanıstan arasında müharibə başlasa, cəbhəyə yollanacaqlar: "Türkiyə bizim azadlığımız üçün döyüşdü və şəhidlər verdi. Biz də daim xidmətə hazırıq”.

SMO desteğini açıkladı: Yunanistan ile savaşırsa Türk'ün yanında oluruz

Bəşər Əsədə sadiq qüvvələrin çox sayda tankını məhv edən "Əbu Tov” ləqəbli raket mütəxəssisi Süheyl Həmmoud Türkiyəyə dəstəyini belə ifadə edib: "Türkiyəyə vəfa borcumuz var. İndi bu borcu ödəmək vaxtıdır. Əgər buna Yunanıstan sərhədinə getmək daxildirsə, sevə-sevə gedərik”.

Qeyd edək ki, Suriya Milli Ordusu Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı”, "Fərat qalxanı” və "Sülh çeşməsi”anti-terror əməliyyatlarında iştirak edib.



скачать dle 12.1

Şərhlər