SON DƏQİQƏ
» » Avropa İttifaqı 31 yüksək çinli belaruslu məmura qarşı sanksiya tətbiq edəcək

Avropa İttifaqı 31 yüksək çinli belaruslu məmura qarşı sanksiya tətbiq edəcək

Tarix:

8-09-2020, 08:42

/ 2 736 dəfə oxundu.
Avropa İttifaqı 31 yüksək çinli belaruslu məmura qarşı sanksiya tətbiq edəcək

Avropa İttifaqı Prezident seçkilərinin nəticələrini saxtalaşdırma və etirazçılara qarşı şiddət iddialarına görə Belarusun 31 yüksək vəzifəli məmuruna qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.

Bu barədə "Reuters” agentliyi məlumat yayıb.

 

"Əvvəl bizim siyahıda 14 məmurun adı vardı, lakin bir çox ölkələr bu rəqəmin az olduğunu bildirdilər. Hazırda daha 17 şəxsin adı ilə bağlı razılıq əldə olunub”, - deyə "Reuters”ə danışan mənbə bildirib.

Əlavə olaraq qeyd olunur ki, siyahıya Prezident Aleksandr Lukaşenkonun adı daxil edilməyib.


скачать dle 12.1

Şərhlər