SON DƏQİQƏ
» » Prezidentin qızı mühüm vəzifəyə TƏYİNAT ALDI

Prezidentin qızı mühüm vəzifəyə TƏYİNAT ALDI

Tarix:

2-09-2020, 08:14

/ 2 766 dəfə oxundu.
Prezidentin qızı mühüm vəzifəyə TƏYİNAT ALDI

Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızı Ayşad Kadırova ölkənin Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

GunAz.az xəbər verir ki, bununla bağlı Ramzan Kadırov öz "Telegram” kanalından açıqlama verib.

"Bilirəm ki, o, çeçen dəyərlərini canlandırmaq yolunun bariz tərəfdarıdır və yeni vəzifəsinə böyük ciddilik və məsuliyyətlə yanaşacaqdır. Əminəm ki, Ayşad qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələcək. Bu yolda ona uğurlar arzulayıram”, - deyə R.Kadırov yazıb.

Kadırov onun Çeçenistan Dövlət Filarmoniyasının inkişafındakı xüsusi xidmətlərini də vurğulayıb.

Qeyd edək ki, Ayşad Kadırovanın 21 yaşı var. O, Çeçenistan Dövlət Universitetində İqtisadiyyat təhsili alıb. 

Çeçenistan başçısının sözlərinə görə, Kadırova ən mürəkkəb layihələrə rəhbərlik təcrübəsinə malikdir. O qeyd edib ki, Ayşat kolleksiyaları bir çox ölkələrdə qiymətləndirilən, çeçen adət-ənənələrini bütün dünyaya nümayiş etdirən Modalar evinə rəhbərlik edib.

Respublika rəhbəri Ayşat Kadırovanın Çeçenistan Filarmoniyasının inkişafına töhfə verdiyini də əlavə edib. Bildirib ki, o bu ilin mart ayında "Çeçenistan Respublikasına xidmətlərinə görə" medalı ilə təltif edilib.

AbbasƏLİ


скачать dle 12.1

Şərhlər