SON DƏQİQƏ
» » İran Ukrayna ilə birbaşa uçuşların bərpasını istəsə də, rəsmi Kiyev razılıq vermir

İran Ukrayna ilə birbaşa uçuşların bərpasını istəsə də, rəsmi Kiyev razılıq vermir

Tarix:

31-08-2020, 23:49

/ 1 335 dəfə oxundu.
İran Ukrayna ilə birbaşa uçuşların bərpasını istəsə də, rəsmi Kiyev razılıq vermir

"İran Ukrayna ilə birbaşa uçuşların bərpa edilməsinin tərəfdarıdır, lakin Kiyev bununla razılaşmır”.

"Ukrinfo”nun məlumatına görə, bu barədə İran İslam Respublikasının Kiyevdəki səfiri Manuçehr Moradi bəyan edib.

"Təəssüf ki, MAU şirkətinə məxsus təyyarə faciəsindən sonra rəsmi Kiyev İranla Ukrayna arasındakı birbaşa uçuşlar üçün icazəni ləğv etdi və səfirliyin dəfələrlə müraciətinə baxmayaraq, birbaşa uçuşlara icazə verilməsinə razı olmur”, - deyə səfir bildirib.

 

Onun sözlərinə görə, Tehran Ukrayna ilə birbaşa uçuşların bərpasının tərəfdarıdır və münasibətlərin yaxşılaşdırılması üçün fürsət axtarır. Tehran Kiyevdən heç olmasa İran hava yolları vasitəsilə uçuşların həyata keçirilməsini istəyir.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə, yanvarın 8-də Tehran hava limanından havaya qalxarkən vurulub. Hadisə nəticəsində 176 nəfər ölüb. İran təyyarəni səhvən vurduğunu etiraf edib.

İki ölkə arasında hava rabitəsi Ukraynanın təşəbbüsü ilə yanvarın 9-dan etibarən dayandırılıb, "Boeing 737-800” qəzasının səbəbləri aydınlaşana qədər məsələ təxirə salınıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ