SON DƏQİQƏ
» » ABŞ-da 750 milyon ağcaqanad təbiətə buraxılır

ABŞ-da 750 milyon ağcaqanad təbiətə buraxılır

Tarix:

21-08-2020, 21:54

/ 1 247 dəfə oxundu.
ABŞ-da 750 milyon ağcaqanad təbiətə buraxılır

ABŞ-ın Florida ştatı bölgədəki ağcaqanad problemini təbiətə milyonlarla genetikası dəyişdirilmiş ağcaqanadlar buraxaraq həll etməyi planlaşdırır.

GunAz.az xəbər verir ki, bu həftə Florida-Kis Ağcaqanadlara Nəzarət Mərkəzi genetikası dəyişikliyə məruz qalmış 750 milyon ağcaqanadı xəstəlik yayan sarı qızdırmalı ağcaqanadla (Aedes aegypti) mübarizə aparmaq üçün təbiətə buraxmaq qərarı verib.

Genetikası dəyişdirilmiş ağcaqanadların 2021-2022-ci illər arasında Floridaya yayılacağı açıqlanıb. Bildirilib ki, təbiətə buraxılacaq ağcaqanadların genetikası "Aedes aegypti”lərin sayını azaltmaq məqsədilə dəyişdirilib.

Qeyd edək ki, "Aedes aegypti” adlı ağcaqanad növü sarı qızdırma, zika, denge qızdırması, çikuqunya kimi ölümcül xəstəlikləri insanlara yoluxdururlar. Floridadakı ağcaqanadların 1%-ni təşkil edən "Aedes aegypti” ilə mübarizə üçün ştat hər il 1 milyon dollardan çox büdcə ayırır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ