SON DƏQİQƏ
» » Ağcaqanadların bölgəyə girişi qadağan olundu - Qeyri-adi qərar

Ağcaqanadların bölgəyə girişi qadağan olundu - Qeyri-adi qərar

Tarix:

25-07-2018, 09:22

/ 10 288 dəfə oxundu.
Ağcaqanadların bölgəyə girişi qadağan olundu -  Qeyri-adi qərar

Fransanın cənubundakı Maine-et-Loire bölgesinin bələdiyyə sədri Andre Marçand ağcaqanadların bölgəyə girişini qadağan edən qərar qəbul edib.

GunAz.az xəbər verir ki, əhalinin artan şikayətlərini həll etmək üçün heç bir çarəsi qalmayan bələdiyyə sədri sonra məlum qərarı vermək məcburiyyətində qalıb.

Marçand bildirib ki, 3 min nəfərin yaşadığı Maine-et-Loire bölgesinin Briollay kəndində daşqından sonra ağcaqanadların sayı artıb və əhali də hər gün bələdiyyəyə bununla bağlı şikayətlər edib.

"Verdiyim qərar insanlara "bundan başqa əlimdən heç bir şey gəlmir" fikirini çatdırmaq üçün son şansımdır", deyə, bələdiyyə sədri qeyd edib.

Qərarın qəbulundan sonra təsadüfən ağcaqanadların sayı azalıb. Amma Marçand bildirib ki, hər dəfə sel daşqınlarından sonra bölgədə ağcaqanadların sayı artır.(Teleqraf)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ