SON DƏQİQƏ
» » Azərbaycanla hərbi müqavilələr yenilənməlidir - İbrahim Qalın

Azərbaycanla hərbi müqavilələr yenilənməlidir - İbrahim Qalın

Tarix:

20-07-2020, 09:31

/ 2 648 dəfə oxundu.
Azərbaycanla hərbi müqavilələr yenilənməlidir - İbrahim Qalın

Son hücumlar işğal altındakı Dağlıq Qarabağ bölgəsində deyil, Azərbaycan-Ermənistan sərhədində baş verib.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.

O bildirib ki, azərbaycanlı qardaşlarımız bu hücumlara qətiyyətli şəkildə cavab verib:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Həm Müdafiə, həm də Xarici İşlər nazirlərimiz, bundan başqa, hər iki ölkənin (Azərbaycan və Türkiyə) kəşfiyyat idarəsinin sədrləri və biz özümüz həmkarlarımızla demək olar ki, hər gün telefon əlaqəsi saxlayırıq. Bu mövzuda bir daha açıq şəkildə Azərbaycanın yanında olduğumuzu bəyan edirəm. Onsuz da Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq anlaşması var. Bunlar yenilənməli və əhatə dairəsi genişlənməlidir. Azərbaycanı qara günündə heç vaxt tək qoymarıq”.

скачать dle 12.1

Şərhlər