SON DƏQİQƏ
» » ABŞ ordusu ilə rus hərbiçiləri üz-üzə gəldi

ABŞ ordusu ilə rus hərbiçiləri üz-üzə gəldi

Tarix:

18-07-2020, 22:03

/ 1 478 dəfə oxundu.
ABŞ ordusu ilə rus hərbiçiləri üz-üzə gəldi

Suriyada ABŞ qoşunları ilə Rusiya hərbi konvoyu üz-üzə gəlib.

GunAz.az xəbər verir ki, Simelka sərhəd-keçid məntəqəsi yaxınlığında ABŞ ordusunun Rusiya hərbi konvoyunun keçməsinə icazə verməməsi gərginlik yaradıb.

Məlumata görə, 6 avtomobildən ibarət Rusiya hərbi polis patrulu döyüş helikopterlərinin müşaiyəti ilə Qamışlıdan Simelka sərhəd-keçid məntəqəsi istiqamətində yol alıb.

Rusiya konvoyu ABŞ ordusu və koalisiya qüvvələrinin istifadə etdiyi Əz-Zirai hava limanının yaxınlığındakı Şəkər Hac kəndindən keçən zaman ABŞ ordusu tərəfindən saxlanılıb.

ABŞ ordusu icazə vermədiyinə görə ruslar 20 kilometr uzunluğundakı torpaq yolla getməli olub. Buna baxmayaraq, amerikalılar rusları təqib edib. Nəhayət Eyn Tavil kəndindəki yolayrıcında ABŞ ordusu rus konvoyunun önünü kəsərək geri qaytarıb.


скачать dle 12.1

Şərhlər