SON DƏQİQƏ
» » Misir müftisi Aya Sofya qərarına qarşı çıxdı

Misir müftisi Aya Sofya qərarına qarşı çıxdı

Tarix:

18-07-2020, 21:03

/ 1 339 dəfə oxundu.
Misir müftisi Aya Sofya qərarına qarşı çıxdı

Misirin ali müftisi Şauki Alyam Aya Sofyanın məscidə çevrilməsinə qarşı çıxıb.

GunAz.az xəbər verir ki, bunu o, "Sada əl Balad” televiziyasına müsahibəsində deyib.

"Kilsələr necə varsa, elə də saxlanılmalı, məscidlərə çevrilməməlidir. Misirin tarixində belə şey baş verməyib. Fərqli inanclar öz unikal imkanlarını saxlamalıdırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Aya Sofya 500 ilə yaxın məscid kimi fəaliyyət göstərib, 1934-cü ildə isə muzeyə çevrilmişdi.

Bu il 24 iyuldan məscid kimi fəaliyyətini davam etdirəcək.


скачать dle 12.1

Şərhlər