SON DƏQİQƏ

Almaniyada məscidə qarşı hörmətsizlik edilib

Tarix:

11-06-2019, 15:20

/ 1 931 dəfə oxundu.
Almaniyada məscidə qarşı hörmətsizlik edilib

Almaniyanın Kamen şəhərində (Şimali Reyn-Vestfaliya) Eyüp Sultan məscidinə qarşı hörmətsizlik edilib.

GunAz.az xəbər verir ki, naməlum şəxslər məscid divarlarına "Rədd olun" və bu tip başqa təhqiramiz ifadələr yazıblar. 

Eyüp Sultan məscidindəki dini icmanın rəhbəri Mustafa Kese "Anadolu" xəbər agentliyinə açıqlamasında bildirib ki, duvardakı yazılar bu gün aşkar edilib.

"Polis araşdırma aparır. Ümid edirik  ki, təcavüzkarlar tezliklə saxlanılarlar", Kese deyib.

Bu, son iki gün ərzində Almaniyada baş verən üçüncü belə hadisədir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ