SON DƏQİQƏ
» » Həsən Ruhanidən İlham Əliyevə təbrik məktubu

Həsən Ruhanidən İlham Əliyevə təbrik məktubu

Tarix:

26-05-2020, 15:01

/ 3 019 dəfə oxundu.
Həsən Ruhanidən İlham Əliyevə təbrik məktubu

Azərbaycan Respubilkasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyev
 
Qarşıdan gələn Azərbaycan Respubilkasının milli bayramı- Respublika Günü münasibətilə Cənabınızı, eləcə də Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm. 
 
İran İslam Respublikası ilə Azərbaycan Respublikası ortaq tarixi, mədəni və dini dəyərlərə malik olan iki ölkə kimi geniş əməkdaşlıq və investisiya imkanlarına malikdilər. Ölkələrimizdə mövcud olan siyasi iradəyə əsaslanaraq , göstərilən birgə səylər və dəstəklər nəticəsində hər iki ölkə tərəfindən xalqlarımızın rifahı və mənafeyi istiqamətində böyük addımlar atıla bilər. 
 
Ümid edirəm ki, bütün dünyada və ölkələrimiz də koronavirusa və COVİD-19 xəstəliyinə qalib gələrək, ikitərəfli münasibətləri və razılaşmaları izləməklə beynəlxalq və regional miqyasda müxtəlif sahələrdə birgə əməkdaşlıqlarımızı bundan sonra da davam etdirəcəyik. 
 
Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost və qardaş ölkə olan Azərbaycan Respublikası xalqına isə səadət və xoş günlər arzulayıram. 

Hörmətlə,   Həsən Ruhani İran İslam Respublikasının Prezidenti

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ