SON DƏQİQƏ
» » 65 yaş qadağası qərarı haqda dəyişiklik ola bilər

65 yaş qadağası qərarı haqda dəyişiklik ola bilər

Tarix:

25-04-2020, 10:51

/ 2 078 dəfə oxundu.
65 yaş qadağası qərarı haqda dəyişiklik ola bilər

AKP koronavirus pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi qərarları Mərkəzi Qərar və İdarə Heyətində (MYK) yenidən gözdən keçirir.

Qərarlar arasında əsas 65 yaş üstü şəxslərin həftəsonu qaydalara riayət edərək 3 saat ərzində küçəyə çıxma icazəsi də yer alıb. 

Qeyd olunur ki, həmin şəxslər maska taxaraq və məsafəni saxlayaraq gəzə biləcəklər.

Məqsəd isə 65 yaşdan yuxarı şəxslərin rahatlığını təmin etmək, tez-tez evdə qalmağın yaratdığı psixoloji sıxıntıları azaltmaqdır.

Bildirilir ki, qərar 21 martdan bu günə qədər çölə çıxa bilməyən 7,5 milyon insanı əhatə edə bilər.

Xatırladaq ki, Türkiyədə 104 min 912 yoluxma halı var. 2600 nəfər COVID-19-un qurbanı olub.


 

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ