Türkiyənin bəzi bölgələri "Təbii fəlakətlər baxımından riskli ərazi" elan edilib
Tarix:
22-04-2020, 08:41
/ 1 174 dəfə oxundu.
Türkiyənin İstanbul və Bitlis şəhərlərinin bəzi bölgələri "Təbii fəlakətlər baxımından riskli ərazi" elan edilib.
GunAz.azAZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Sənədə əsasən İstanbulun Bağcılar və Güngörən, Bitlisin isə Mərkəz, Atatürk, Devrim, Qazibey, Hersan rayonlarının bəzi əraziləri riskli bölgə elan edilib. Qərarda bu ərazilərin yenidən qurulması nəzərdə tutulur.