SON DƏQİQƏ
» » Koronavirusdan sonra turistlər üçün yenilik olacaq

Koronavirusdan sonra turistlər üçün yenilik olacaq

Tarix:

20-04-2020, 10:26

/ 1 945 dəfə oxundu.
Koronavirusdan sonra turistlər üçün yenilik olacaq

Koronavirus pandemiyası bitdikdən sonra dünyanı gəzmək üçün turistlərin infeksiyaya yoluxmadığını sübut edən xüsusi sənədlər tələb oluna bilər.
Bu barədə "The Sun” yazıb. Belə ki, Madrid Hitel Birliyi nə qonaqların, nə də işçilərin yoluxmadığına zəmanət verən "COVID 19 olmayan hotellər”in sertifikatını hazırlamaq imkanını nəzərdən keçirir. Ancaq hazırda belə bir sənədin praktik tətbiqi ilə bağlı heç bir fikir yoxdur. İngiltərədə isə koronavirusa antikorların olması barədə məlumat olan "immunitet toxunulmazlıq pasportu”nun istifadəsi də öz növbəsində müzakirə olunur.
Bundan əlavə, bir sıra aviaşirkətlər və hotel şəbəkələri tərəfindən görülən bəzi tədbirlərin pandemiyadan sonra da davam edəcəyi proqnozlaşdırılır. Məsələn, "Emirates” hava yolu şirkəti bütün sərnişinlərdə on dəqiqə ərzində infeksiyanın mövcudluğunu aşkarlamaq üçün məcburi qan testini keçirməyə başlayıb. İndiki məqamdan əlavə, bir çox ölkələrdə artıq sağlamlıq sənədləri olmayan səyahətçilərin ölkəyə girişini məhdudlaşdıran təcrübə var.
Yaponiya Turizm Tədqiqat Mərkəzinin Vakayama Universitetinin professoru Cozef Çir dünən koronavirus pandemiyası bitdikdən sonra səyahətçilərin vərdişlərinin dəyişə biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, səyahətə tələbatın azalması qısa müddətdə nəzərə çarpacaq, lakin daxili və ekoloji turizm müvəqqəti olaraq bundan faydalanacaq
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ