SON DƏQİQƏ

Azərbaycanda turistlər üçün yeni İMKAN

Tarix:

10-04-2018, 15:50

/ 10 203 dəfə oxundu.
Azərbaycanda turistlər üçün yeni İMKAN

Bakıda bir sıra hotellər turistlərə hər yerdə internetə giriş əldə edə bilmələri üçün portativ 3G/4G Wi-Fi routerləri icarəyə götürməyə imkan verən "WokiFi" xidmətini işə salıb.

Gunaz.az xəbər verir ki, bu barədə "Simbrella" şirkətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, layihə "Azərfon" mobil operatoru ("Nar" ticarət markası), Azərbaycan Konqreslər Bürosu ilə birgə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılır.

Hazırda "WokiFi" xidməti "Sultan Inn Boutique Hotel", "Seven Rooms Boutique Hotel", "Sahil Hostel&Hotel", "Boulevard Side Hotel" və "Excelsior Hotel&Spa Baku" hotelləri tərəfindən təqdim olunur.

Şirkətdən bildiriblər ki, turistin sifariş etdiyi paketin dəyəri hoteldə qalmaq dəyərinə daxil edilir:

""WokiFi" xidmətinin üstünlüyü ondadır ki, internetə giriş ölkənin istənilən nöqtəsində hər zaman turistin əlinin altındadır. Eyni zamanda hər qurğuya 10-dək şəxs qoşula bilər".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ