SON DƏQİQƏ
» » Hotel rəhbərliyi ərəbin arzusunu çin olmağa qoymadı-Bakıda

Hotel rəhbərliyi ərəbin arzusunu çin olmağa qoymadı-Bakıda

Tarix:

22-04-2017, 16:35

/ 4 083 dəfə oxundu.
Hotel rəhbərliyi ərəbin arzusunu çin olmağa qoymadı-Bakıda

Bakıdakı hotellərin birində ərəb turistin iştirakı ilə xoşagəlməz hadisə yaşanıb. 
 Müştəri hotelin girəcəyində bir ərəb və uşaq görkəmli qızın administratorla dialoqunun şahidi olub.
Ərəb yanında gətirdiyi qızla nömrəyə getmək istəyib. Hotel administratoru isə ərəbə başa salmağa çalışıb ki, Azərbaycanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmək cinayətdir.
Məlumatı verən mənbə bildirib ki, o, yaranmış mübahisədən istifadə edərək azyaşlı qızla söhbət edib ərəbin onu aldadaraq hotelə gətirib-gətirmədiyi ilə, eyni zamanda yaşı ilə maraqlanıb. 
Nəticədə məlum olub ki, 2001-ci il təvəllüdlü qız Bakıda yerləşən barların birində ərəblə tanış olub və hotelə ərəblə gecələməyə gəlib. Lakin hotel rəhbərliyi onların bu arzusunu çin olmağa qoymayaraq, həmin şəxslərə nömrə verməyib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ