SON DƏQİQƏ
» » Doktor Klüggedən xəbərdarlıq: Qasırğanın ortasındayıq!

Doktor Klüggedən xəbərdarlıq: Qasırğanın ortasındayıq!

Tarix:

17-04-2020, 22:45

/ 1 276 dəfə oxundu.
Doktor Klüggedən xəbərdarlıq: Qasırğanın ortasındayıq!

Yaz havasına baxmayaraq, biz qasırğanın episentrindəyik. Regionda COVID-19-a yoluxma hallarının sayı son 10 gündə iki dəfə artaraq təqribən bir milyon nəfərə çatıb, 84 min adam dünyasını dəyişib.
GunAz.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosunun direktoru, doktor Hans Klügge Cenevrədə brifinqdə belə bir xəbərdarlıqla çıxış edib.
Klügge pandemiya ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərin zəiflədilməsi üçün tələsik tədbirlərdən çəkinməyin vacibliyindən danışıb.
DST-nin regional bölməsinin başçısı bildirib ki, bir sıra ən çox zərər çəkmiş ölkələrdə - Almaniya, İtaliya, İspaniya, Fransa və İsveçrədə COVID-19-a yoluxma sürəti son həftələr yavaşıyıb. Lakin o, təşvişlə qeyd edib ki, virus Belarus, Böyük Britaniya, Rusiya, Türkiyə və Ukraynada sürətlə yayılır. DST-nin Avropa bürosunun direktoru Hans Krügge xəbərdarlıq edib ki, yaxın həftələr Avropa üçün həlledici olacaq.
Doktor Klüqqe vurğulayıb:
"Sayıqlığı əsla itirmək olmaz. Lakin məsafəyə riayət etmək, karantin rejimi və infeksiyanın ötürülməsinin qarşısının alınmasına dair digər çəkindirici tədbirlər insanların həyatına və onların qazancına təsir göstərir. Hökumətlər və səhiyyə orqanları xalqa izah etməlidirlər ki, keçid nə zaman, hansı şəraitdə və necə rəvan şəkildə baş verə bilər".
Avropa bürosunun başçısı daha sonra deyib: "COVID-19 aman nədir bilmir. O, Avropada hətta ən möhkəm səhiyyə sistemlərini sıradan çıxara bilər".
O, bütün ölkələri, xüsusən məhdudiyyətləri tədricən aradan qaldıran və koronavirusa qarşı mübarizənin yeni fazasına keçən ölkələri bir-birinin təcrübəsindən faydalanmağa çağırıb.
Doktor Klügge bir daha xəbərdarlıq edərək deyib: "Biz hamımız hələ də qasırğanın episentrindəyik. Lakin biz öz səmərəliliyini artıq sübuta yetirmiş tədbirlər görsək, COVID-19-a yoluxma şübhəsi olan hər bir insanı üzə çıxarıb karantinə yerləşdirsək və testdən keçirsək, xəstələrlə sıx təmasda olan hər kəsi karantinə yerləşdirsək və onların sağlamlıq durumunu müşahidə altında saxlasaq, ehtiyacı olanlara qulluğu təmin etsək, onda virusu dayandıra bilərik".
скачать dle 12.1

Şərhlər