Avropa koronavirusun səbəb olduğu pandemiyanın episentrinə çevrilib.TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.Baş direktor deyib: "Avropa hazırda pandemiyanın mərkəzinə çevrilib, Çinlə yanaşı olan ölkələrlə müqayisədə oradan daha çox sayda yoluxma və ölüm halları ilə bağlı xəbərlər alırıq”.