SON DƏQİQƏ
» » Türkiyə Bakıya onlar üçün xüsusi təyyarə göndərir

Türkiyə Bakıya onlar üçün xüsusi təyyarə göndərir

Tarix:

17-04-2020, 21:02

/ 1 127 dəfə oxundu.
Türkiyə Bakıya onlar üçün xüsusi təyyarə göndərir

Türkiyə hökuməti Azərbaycandan ölkəsinə dönmək istəyən vətəndaşlar üçün təxliyə reysləri təşkil edəcək.
Bu barədə GunAz.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Hava Yolları Azərbaycanda olan və ölkəsinə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsi üçün yaxın günlərdə təyyarələr göndərəcək.
"İndiyədək səfirliyə ölkəyə qayıtmaq üçün müraciət edən bütün vətəndaşlarımıza uçuşlarla bağlı ətraflı məlumat e-poçt, Votsap və SMS vasitəsilə çatdırılacaq. Bununla əlaqədar vətəndaşlarımızı e-poçt və telefonlarını mütəmadi olaraq yoxlamağı xahiş edirik”, - diplomatik nümayəndəlikdən bildirilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ