SON DƏQİQƏ
» » Ukraynada yüzlərlə tibb işçisi koronavirusa yoluxdu

Ukraynada yüzlərlə tibb işçisi koronavirusa yoluxdu

Tarix:

11-04-2020, 08:47

/ 2 722 dəfə oxundu.
Ukraynada yüzlərlə tibb işçisi koronavirusa yoluxdu

Ukraynada 334 tibbi işçisinə koronavirus diaqnozu qoyulub.
"Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov "İnter" telekanalının efirində bildirib.
"Bizim 2 203 koronavirus xəstəmizdən 334-ü tibbi işçisidir. Biz hər gün onları fərdi müdafiə vasitələri ilə maksimal təmin etməklə məşğul oluruq", - nazir deyib.
Cümə günü Ukrayna Silahlı Qüvvələrinin Tibbi xidmət komandanlığı da həmçinin orduda koronavirusa 3 yeni yoluxma haqqında bildirib. Ukraynanın koronavirusa yoluxmuş hərbi qulluqçuların ümumi sayı 10 nəfərə çatıb, onlardan 1-i ölüb.
Ölkədə ümumilikdə COVID-19 infeksiyasına 2 203 yoluxma qeydə alınıb, 69 xəstə ölüb, 61 pasiyent sağalıb.
скачать dle 12.1

Şərhlər