SON DƏQİQƏ
» » Ərəb ölkələrində yoluxma sayı durmadan artır

Ərəb ölkələrində yoluxma sayı durmadan artır

Tarix:

3-04-2020, 17:32

/ 2 082 dəfə oxundu.
Ərəb ölkələrində yoluxma sayı durmadan artır

 Ərəb ölkələrində yeni tip koronavirusa yoluxma faktı artır.
İnfeksiya Mərakeşdə 47 nəfərin həyatına son qoyub.
Livan Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, ölkədə ölü sayı 17-ə çatıb. 508 nəfər xəstəlikdən əziyyət çəkir.
Küveytdə isə son sutka ərzində 75 nəfərdə koronavirus tapılıb və bununla xəstə sayı 417 olub. 82 nəfər sağalaraq evə buraxılıb.
Oman Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə son 24 saatda 21 yeni yoluxma faktı aşkarlanıb. Toplam xəstə sayı 252 olub. 57 nəfər infeksiyadan xilas olub.
Fələstin hökumətinin sözçüsü İbrahim Milhim daha 10 nəfərdə xəstəliyin tapıldığını, beləliklə, xəstə sayının 171-ə çatdığını deyib.
Son rəqəmlərə görə, dünya miqyasında 1 milyon 16 min 568 nəfər koronavirusa yoluxub.
Səudiyyə Ərəbistanı (1885 nəfər) və Birləşmiş Ərəb Əmirliklərində (1024 xəstə) yeni yoluxma aşkarlanmayıb
.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ