SON DƏQİQƏ

Moskvada bütün işlər dayandırıldı

Tarix:

11-04-2020, 08:36

/ 2 725 dəfə oxundu.
Moskvada bütün işlər dayandırıldı

Rusiyanın paytaxtı Moskvada bütün tikinti-abadlıq işləri şənbə günü gecə yarısından etibarən xüsusi xəbərdarlığa qədər dayandırılır.
GunAz.az xəbər verir ki, bu barədə Moskva meriyasının səlahiyyətli nümayəndəsi Petr Biryükov deyib.
"Moskva meriyasının təlimatı əsasında hazırda həm şəhər kompleksi təsərrüfatının qüvvələri, həm də podratçılar tərəfindən aparılan işlər xüsusi xəbərdarlığa qədər dayandırılır”, - deyə Biryükov bildirib.
O, yalnız təcili və təxirəsalınmaz, eləcə də şəhərin həyati əhəmiyyətli funksiyaları ilə bağlı işlərin istisna təşkil etdiyini söyləyib.
Qeyd edək ki, Moskvada bu gün 8 nəfər koronavirusdan dünyasını dəyişib. Ölənlər 39-84 yaş arası olan şəxslərdir.
скачать dle 12.1

Şərhlər